Bu ilin yanvar-iyun aylarında Şimal-Qərb nəqliyyat dəhlizinin Azərbaycan hissəsi üzrə yük dövriyyəsi 1,617 milyard ton-km təşkil edib.
Trend-in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 201,6 milyon ton-km və ya 11,1% azalıb. 2024-cü ilin ilk 6 ayında yük dövriyyəsi 1,819 milyard ton-km olmuşdu.
Hesabat dövründə yük dövriyyəsinin 1,411 milyard ton-km hissəsi tranzit yüklərdən ibarət olub, bu da illik müqayisədə 408,3 milyon ton-km və ya 22,4% azalma deməkdir.
Fuad Mədətov
Finss.az